Bakıdan bölgələrə ötən gün 14 minə yaxın sərnişin daşınıb

Martın 20-də Bakıdan bölgələrə 370 reyslə 13 703 sərnişin daşınıb.

Referans Media xəbər verir ki, bu barədə Redaktor.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

Sərnişindaşımada fasiləsizliyi təmin etmək və sərnişin tələbatını qarşılamaq üçün əlavə olaraq 150 reys həyata keçirilib.

Sərnişinlərin 60 %-i biletlərini onlayn qaydada “biletim.az” portalından əldə edərək səfərlərini reallaşdırıb.

“Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada “biletim.az” portalı vasitəsilə əldə etmələri tövsiyə olunur”, – deyə AYNA bəyan edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki