Balqabaq tumunun bu faydasını bildikdən sonra hər gün yeyəcəksiniz   —  Hazırlanma QAYDASI

Bir çox uşaqlarda qurd xəstəliklərinə rast gəlinir.Bu zaman uşaqda fiziki inkişaf ləngiyir,uşaq narahatlıq keçirir.

Bəs,bunun qarşısını təbii vasitələrlə necə almaq olar?

Referans Media xəbər verir  ki,tibbi ədəbiyyatlarda qurd xəstəliklərinin müalicəsində balqabaq tumunun da faydasından bəhs edilir.

Balqabaq tumu yağı son dərəcə güclü qurdqovucu xüsusiyyətə malikdir. Əgər aşağıdakı əlamətlər müşahidə olunursa, çox güman ki, orqanizmdə qurdlar mövcuddur:

• Qarında şiddətli qaz

• Burun və anusda qaşıntı

• Diş qıcama

• İştahsızlıq

• Səhərlər ürək bulanma

• Ağızda xoşagəlməz qoxu və s.

Bir çox valideyn uşaqlarına ağır tərkibli qurd əleyhinə dərmanlar verməkdən çəkinir. Bu dərmanların əksinə, balqabaq tumu yağının heç bir toksiki və ziyanlı təsiri yoxdur. Nəticələr isə olduqca müsbətdir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki