“Bayırşəhər”də söküntü başlayır: Sakinlərə nə qədər kompensasiya veriləcək?

“Bayırşəhər”də söküləcək binalar bir neçə ay əvvəl inventarlaşdırılıb, hazırda isə sakinlərlə qiymət danışılmağa başlanıldığı bildirilir. Deyilənə görə tarixi binalar saxlanılıb, qalanları söküləcək.

“Bayırşəhər”də çoxlu tarixi binalar var ki, reyestrə daxil edilməyib. Memarlar və ictimai fəallar tarixi binaların siyahıdan çıxarılıb söküldüyünü iddia edərək etirazlarını bildiriblər. Bununla bağlı imza toplayıb, məktub da ünvanlayıblar, amma onlara cavab verilmədiyini deyirlər. Sözügedən ərazinin sakinləri çox narahatdırlar. Bayırşəhərin və buradakı tarixi abidələrin aqibəti necə olacaq? Bakının tarixi sayılan Bayırşəhəri də olmazmı ki, İçərişəhər kimi qoruq edib həm turizm üçün həm də tariximiz üçün faydalanaq?

Mövzu ilə bağlı ərazidə yaşayan sakin, hüquqşunas Zahidə Əzizova Referans’a açıqlamasında qeyd edib ki, “Bayırşəhər”də söküləcək binaların inventarlaşdırılması başa çatıb, hazırda isə sakinlərlə qiymət danışılmağa başlanılıb. Müsahibimiz bildirib ki, “Bayırşəhər”də heç də hamı evlərində ölçü işləri aparılmasına imkan verməyib. Əksəriyyət insanlar bundan imtina ediblər. Mənşəyi bilinməyən “komissiya” Mənzil Kommuna İstismar Sahələrinin (JEK) işçiləri vasitəsilə əhaliyə “komissiyaya” getmək üçün psixoloji təsir göstərirlər. Bildirirlər ki, dövlətlə dövlətçilik etmək olmaz, onsuzda sökəcəklər, toz-torpağın içində qalacaqsınız, qaz, su, işığı kəsəcəklər, sonra heç 2700 kv.m puluda verməyəcəklər.Çox az adam onların təsiri altında məcbur olaraq, evlərini satmağa razı olublar. Əksəriyyət isə ərazidən köçmək istəmir. Sakinlər mənzillərini yox, “Bayırşəhər”i qoruyub saxlamaq üçün çoxsaylı müraciətlər edilib. Hətta, “Bayırşəhəri qoruyaq” adlı təşəbbüs qrupu yaradılıb. Həm də sakinlər whatsapp qrupu yaradaraq, əhali arasında marifləndirmə işləri aparırlar ki, “Bayırşəhər” adlanan ərazinin Xüsusi Mühafizə Zonası olması, Nazirlər Kabinetinin ərazidə söküntü aparılması barədə qərarının olmaması, cənab Prezidentimizin imzaladığı, Nazirlər Kabinetinin təsdiqlədiyi Baş planın əleyhinə olaraq ərazidə vətəndaşların evləri dövlət ehtiyacları adı ilə satın alınması və ərazidə qanuna zidd olaraq söküntü işlərinin aparılması birmənalı cinayətdir.

Eyni zamanda “Bayırşəhər məhəlləsi tariximizdir onu məhv etməyin!!!” vətənpərvərliyə səsləyən şüarları ilə müraciətlər yaymaqda davam edirlər.Bir neçə adamlardan evlər alınıb, kimlərinsə adlarına. Həmin evləri dağıdaraq əhali arasında xof yaratmağa çalışırlar ki, insanlar evlərini onlara satsınlar. Heç bir qaydalara əməl edilmir, ərazi hasarlanmır, sulanmır ki, toz ətrafı bürüməsin, əksinə buna çalışırlar.

Tarixi abidələrin saxlanılmasına gəldikdə müsahibimiz bildirir ki, onların məqsədi birbaşa tarixi abidələri məhv etmək olmuşdur. Əgər sökülməsi nəzərdə tutulmamışdırsa, tarixi abidə olan evlərdə niyə ölçü işləri aparılmışdır sualı yaranır. Hətta, qeyri-qanuni olaraq hansı evdə ölçü işləri aparıblarsa, həmin evlərdə çəkiliş aparıblar. Sakinlərin və memarların çoxsaylı müraciətləri, eynizamanda mətbuatla prezidentə müraciətlərdən sonra açıqlama verdilər ki, tarixi abidələr sökülmür.Bayırşəhərdə Baş plan (Bakı-2040) təsdiqlənənə kimi 66 tarixi abidə olmuşdur. Baş plan təsdiqlənəndən sonra Memarlar İttifaqı və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni müəyyət edilən abidələr reystrə salınması üçün aidiyyatı üzrə müraciət edilmişdir.. Hal-hazırda ərazidə inventar nömrəsi olmasa da, heç də tarixi abidələrdən geri qalmayan – həm görkəminə, həm də möhkəmliyinə görə çoxsayda evlər var. Bu ərazidə 2000-ci ildə Bakıda olan zəlzələ zamanı heç bir ev zədə almamışdır.

Tarixi abidələrindən bir neçəsini qeydiyyatdan çıxararaq sökülməsi üçün zəmin yaradıblar. Hal-hazrda sökdükləri evlər tarixi abidələrə bitişikdir. Yüksək titrəyişli texnika ilə evləri dağıdıraq ətrafda olan abidələri də zədələyirlər ki, sonra desinlər ki, qəzalıdır. Bərpası mümkünsüzdür.

Tarixi abidələrin siyahıdan çıxarılmasına memarlarla yanaşı Respublikanın ziyalıları 264 imza ilə, ictimaiyyət nümayəndələri və sakinlər çoxsaylı imzalarla müraciətlər edərək, etirazlarını bildiriblər.

“Bayırşəhər” “İçərişəhər”in davamıdır. Onlar isə bu ərazini “Sovetski” adlandıraraq ictimaiyəti aldatmağa çalışırlar. Bildiririk ki, aidiyyatı qurumlara edilən kollektiv çoxsaylı müraciətlərimizə cavablar verilmişdir ki, həmin ərazidə söküntü yox, təmir bərpa işləri aparılacaqdır. Eyni zamanda müraciətlərimizə ziddiyyətli cavablar verilir.

Aidiyyatı qrumlardan Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan çoxsaylı imzalarla müraciətlərimiz Yasamal Rayon İcra Hakimiyyətinə göndərilir. Hətta ölkə ziyalılarının 264 imzası ilə Prezident administrasiyasının rəhbəri cənab Samir Nuriyevə göndərilən müraciət Bakı şəhər İcra Hakimiyyəti tərəfindən Mənzil Kommunal Təsərrüfat Departamentinə göndərilmişdir.

Departament sədrinin birinci müavini, Baş mühəndis tərəfindən verilən 08 may 2025-ci il tarixli cavabda göstərilir:-..,…,Bakı şəhər İcra Hakimiyyətindən Departamentə daxil olmuş müraciətinizə baxılmışdır. Bildiririk ki, müraciətdə qeyd edilən ərazidə Departament tərəfindən söküntü işləri aparılmır.

13.03.2023-cü il tarixli Bakı şəhər İcra Hakimiyyətindən daxil olan cavabda bildirirlir:-…,…, bildiririk ki, müraciətinizdə qaldırılan məsələyə aidiyyatı üzrə baxılması və nəticəsi barədə Sizə məlumat verilməsi üçün tərəfimizdən Yasamal rayon İcra hakimiyyətinə məktub göndərilmişdir.

13.03.2023-cü il tarixli Yasamal rayon İcra Başçısının birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir:-…,…, müraciətinizlə əlaqədar olaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 nömrəli 29.12.2028-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda ”Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədilə dövlət ehtiyacı üçün satın alınır. Bildiririk ki, Bakının Yasamal rayonu, Azərbaycan prospekti ilə M.Fətəli Axundov küçələri və M.Əliyev küçəsi ilə Nizami küçələrinin arasında yerləşən yaşayış sahələri qeyd edilən qərarın təsiri dairəsinə düşmür.

Həmin ünvanların dövlət ehtiyacları üçün alınması Azərbaycan Respublikası Nazirlər kabinetinin müvafiq qərarından sonra həyata keçiriləcəkdir. Gələcəkdə həmin ünvanlar söküntü mərhələsinə düşərsə qanunvericiliyin tələblərinə uyğun olaraq orada yaşayan sakinlərə bildiriş göndəriləcək, eyni zamanda həmin binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görüləcəkdir.

31.03.2023-cü il tarixində Yasamal rayon İcra Hakimiyyətinin Başçısının müavini Xalid Möhbaliyev tərəfindən verilən cavabda eynidir.

29.05.2025-ci il tarixli Yasamal rayon İcra Hakimiyyəti Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir:-Sizin Bakı şəhər İcra Hakimiyyəti tərəfindən daxil olmuş müraciətinizə Yasamal rayon İcra Hakimiyyətində baxılmışdır.Bildirik ki, Bakı şəhər Yasamal rayonu, B.Səfəroğlu küçəsi 84 ünvanının yaxınlığında və ətrafında yaşayış və qeyri-yaşayış sahələrinin dövlət ehtiyacları üçün alınmasına başlanılmışdır. Söküntü mərhələsinə düşən binaların memarlıq abidələri siyahısında olub-olmaması dəqiqləşdirilir.

14.07.2025-cü il tarixli Yasamal rayon İcra Başçısının Birinci müavini Hüseyn Əfəndiyev tərəfindən verilən cavabda göstərilir:-…,.., Bildiririk ki, Bakı şəhər,Yasamal rayon ərazisində yeni parkın salınması məqsədilə istismar müddəti bitmiş qəzalı olan binaların sökülməsi və həmin istismar müddətini başa vurmuş binalarda yaşayan daima köçürülmələri barədə kollektiv müraciətlər edən sakinlərin köçürülməsi istiqamətində müraciətləri nəzərə alınaraq qeyd olunan ərazidə yaşayan vətəndaşlarla bu günki bazar qiymətinə, əmlakın dəyərinə və təmir xərcinə uyğun kompensasiya ödənilməsi barədə danışıqlar aparılır. Eyni zamanda bildiririk ki, həmin ərazidə istismar müddətini başa vurmuş qəzalı və bərpa olunması mümkün olmayan bəzi binaların yerli əhəmiyyətli memarlıq abidələri siyahısından çıxarılması üçün müvafiq tədbirlər görülür.

“Budur xoruzun quyruğu”, tarixi abidələrin siyahıdan çıxarılması üçün işlər gördüklərini etiraf edirlər. Əsas kimi sakinlər guya xahiş edirlər ki, evlər sökülsün. Sakinlər “Qız qalası” nın sökülməsini istəsələr söküləcək? Bəs Baş plan niyə hazırlanıb?Sakinlər öz evləri barədə müraciət edə bilərlər “Bayırşəhər” barədə yox. Mən belə bir müraciətin də olmasına inanmıram.

Bakı şəhər İcra Hakimiyyəti müraciətlərimizə cavab vermək əvəzinə, Mənzil Kommunal Təsərrüfat Departamentinə və Yasamal rayon İcra Hakimiyyətinə göndərərək, qanunsuz əməllərindən yayındığını gördükdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə müraciət edərək araşdırmasını xahiş etmişik.

07 iyul 2025-ci il tarixli Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Bakı şəhər İcra Hakimiyyətinə sorğu vermişdir. Sorğuda göstərilmişdir:-…. şikayətdə əks etdirilmiş halların yoxlanılmasını, müvafiq tədbirlərin görülməsini və nəticəsi barədə bizə məlumat verməyinizi xahiş edirik.

21 iyul 2025-ci il tarixli Ombudsmanın cavabında göstərilir:-…,… sorğuya cavab olaraq göstərilənlərdən bilinir ki, ərazidə Bakı şəhər İcra Hakimiyyətinin müvafiq sərəncamı ilə aidiyyatı qurumların nümayəndələrindən ibarət komissiya yaradılmışdır.Qiymətləndirmə bu sahədə ixtisaslaşdırılmış, lisenziyası olan müstəqil qiymətləndirmə şirkəti tərəfindən müəyyən edilir.

10 mart 2023-cü il tarixli Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən verilən cavabda bildirilir:-…,…,Bildiririk ki, sözügedən ərazi ilə əlaqədar tikintiyə icazə icraatı çərçivəsində Komitəyə hər hansı müraciət daxil olmamışdır.

28.07.2025-ci il tarixli Memarlar İttifaqının Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizova ünvanladığı məktubda bildirilir:-..,…,- və əgər ərazinin yenidənqurulması layihəsi varsa, onları bu layihə ilə tanış etmək….Bildiririk ki, Baş planın icrasına nəzarət edilməsində İcra hakimiyyətlərinin iştirakı nəzərdə tutulmtutulmamışdır.Bayırşəhər və burada olan abidələrin aqibəti Prezident səviyyəsində müdaxilə edilməsə məhv ediləcəkdir. Bu isə “Bayırşəhər”in tarixə memarlıq salnaməsi kimi iz salması, açıq muzey olan tariximizi tarixə qovuşdura bilər.

“Ərazidə bir-iki ev qəzalı ola bilər birmənalı bildirirəm ki, “Bayırşəhər” mədəni irsimizin incilərindəndir.

“Bayırşəhər” “İçərişəhər”in davamı kimi maqnatlar tərəfindən salınmışdır. Və biri-biri ilə harmoniya təşkil edir.

Hal-hazırda tariximizi sevənlər tərəfindən “Bayırşəhər”ə turlar təşkil edilir, hər bir Azərbaycanlının kimliyi kimi turistlərə təqdim edilir.

30-31 iyul 2025-ci il tarxində Milli Elmlər Akademiyasında Tarixi yerlər və abidələr 5-ci Beynəlxalq Bakı “Bayırşəhər” simpoziumu keçirilmişdir. Simpozium “Bayırşəhər”in qorunması üçün qərar qəbul etmişdir.

Bu mənşəyi bilinməyən tariximizi məhv etməkdə israrlı olan qüvvələr heç kimi saymırlar, qanunlara və Prezidentin imzasına və Nazirlər Komitəsinin qərarına meydan sulayırlar. Baş plan Prezidentin imzası və nazirlər Kabinetinin qərarı ilə təsdiqlənib”, – deyə Zahidə xanım Əzizova açıqlamasında qeyd edib.

Məmmədov Hüseyn


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki