Bazarda saxta avtomobil hissələri ARTIB – Alıcılar necə ALDANIR? backend

Bazarda saxta avtomobil hissələri ARTIB – Alıcılar necə ALDANIR? 

  Nəqliyyat vasitəsinin təhlükəsizliyi və dözümlülüyü baxımdan avtomobil ehtiyat hissələrinin keyfiyyəti önəmlidir. Avtomobilə sahib olanları təkcə yollardakı problemlər, tıxac yox, həm də keyfiyyətli, orijinal ehtiyat hissələri tapa bilmək narahat edir. Çünki bazarda orijinalla avtomobil hissələri yanaşı, saxta məhsullar da var.

Saxta hissələr, uyğunsuz, keyfiyyətsiz detallar motor və digər sistemləri sıradan çıxara bilər. Həmçinin, saxta hissə ucuz təklif olunsa da, vurduğu zərər daha baha başa gəlir.

Bəs saxta məhsulları orijinaldan necə ayırmaq olar?

Mövzuya münasibət bildirən nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov Bizim.Media-ya deyib ki, adi alıcı üçün orijinal ehtiyat hissələrini saxta ehtiyat hissələrindən ayırmaq çətindir:

“Orijinal ehtiyat hissələrinin qablaşdırılması istehsalçının öz brendinə məxsus loqotipi, rəngləri ilə tərtib olunur. Həmçinin, orada xüsusi ştrix kod olur. Gözəyarı baxışla bunu müəyyən etmək adi alıcı üçün çətinlik yarada bilər.

Ona görə də burada əsas məqam ehtiyat hissələrinin qablaşdırılmasına, onun istehsalçı ölkəsinə diqqət yetirilməsidir. Əgər alıcı bu ehtiyat hissəsininn saxta olmasından şübhələnirsə, alıcı mağazadan birbaşa olaraq həmin ehtiyat hissəsinə mövcud olan uyğunluq sertifikatını, digər mənşə sənədini xahiş edə bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki