Beyons milyarder oldu

Amerikalı müğənni Beyonsun gəliri 1 milyard dolları keçib.

Bu barədə “Forbes” məlumat yayıb.

Beyons hazırda “Forbes”in milyarderlər siyahısındakı beşinci musiqiçidir.

Qeyd edilir ki, sənətçi “Cowboy Carter” albomunun satışları və 2025-ci ilin “ən çox gəlir gətirən konsert turu” sayəsində 1 milyard dollarlıq həddi keçib.

Siyahıda həmçinin Jay-Zi, Bryus Sprinqstin, Rihanna və Teylor Svift də yer alır.//publika.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki