image-cay1backend

Bəzi çaylarda sululuq artdı

Aprelin 30-u saat 13:00-a olan məlumata əsasən bəzi çaylarda sululuq artıb.

Referans xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Kiçik Qafqaz ərazisindən axan Gəncəçay-Zurnabadda 3 sm, Qarabağ və Şərqi-Zəngəzur bölgəsindən axan Zabuxçay-Bozluda 22 sm, Bərgüşadçay-Əliquluuşağıda 17 sm artım qeydə alınıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki