“Bir saata məhv edərik!” – Trampdan İrana təhdid

“Əgər münaqişə daha da kəskinləşərsə, Birləşmiş Ştatlar İranın enerji infrastrukturunu çox qısa müddətdə, təxminən bir saat ərzində sıradan çıxara bilər”.

Referans Media  xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

Onun sözlərinə görə, ABŞ İran ərazisində müxtəlif strateji obyektlərə zərbələr endirmək imkanına malikdir və belə bir ssenari ölkənin həmin infrastrukturu yenidən qurmasını son dərəcə çətin vəziyyətə sala bilər:

“Vaşinqton bir saat ərzində İranın elektrik şəbəkəsini tamamilə sıradan çıxarmağa qadirdir və onun bərpası üçün təxminən 25 il lazım ola bilər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki