“Bitcoin” sürətlə ucuzlaşır – 2024-cü ildən bəri…

“Bitcoin”in dəyərində ciddi azalma müşahidə olunur. Kriptovalyuta cəmi bir gün ərzində qiymətinin təxminən 8%-ni itirib.

Referans Media ticarət məlumatlarına istinadla xəbər verir ki, 2024-cü ilin noyabr ayının əvvəlindən bəri ilk dəfə olaraq kriptovalyuta 69.000 dollardan aşağı düşüb.

Ticarət həcminə görə lider kriptovalyuta birjası olan “Binance”də “Bitcoin” son 24 saat ərzində 7,85% ucuzlaşaraq Bakı vaxtı ilə saat 19:06-ya qədər 68.760 dollara çatıb. Bu, 5 noyabr 2024-cü ildən bəri 69.000 dollardan aşağı düşən ilk hadisədir.

20-dən çox birjadan məlumatları cəmləşdirən “CoinMarketCap”a görə, “Bitcoin”in orta qiyməti 7,84% azalaraq 68.597 dollara çatıb. Gündəlik qiymət dəyişiklikləri də təqdim olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki