image-bitcoin-90-bin-dolarin-ustunu-gordu-ula1backend

“Bitkoin”in qiyməti 90 min dolları keçdi

Qızıl və gümüş qiymətlərində mənfəət əldə etmək kriptovalyuta bazarına marağı artırıb.

Referans Media xəbər verir ki, bu il unsiya üzrə qızılın 70 faizdən, gümüşün isə 150 faizdən çox bahalaşmasından sonra qiymətli metallarda qeydə alınan satışlar investorların diqqətini kriptovalyutalara yönəldib.

Bu fonda “Bitkoin” 12 dekabrdan sonra ilk dəfə 90 min dollar səviyyəsini keçib. Səhər saatlarında aparılan əməliyyatlarda “Bitkoin” 90 min 066 dollara yüksəlib. Xəbərin hazırlandığı anda isə kriptovalyuta 2,31 faiz artımla 89 min 722 dollar səviyyəsində ticarət olunub.

Bazar kapitallaşmasına görə ikinci yerdə qərarlaşan “Ethereum” 3,05 faiz bahalaşaraq 3 min 029 dollara çatıb. Bir vaxtlar İlon Maskın diqqət mərkəzində olan “Dogekoin” isə 0,1268 dollar səviyyəsində ticarət edilir.

Kriptovalyuta bazarının ümumi dəyəri də 2,26 faiz artaraq 3,03 trilyon dollara yüksəlib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki