Bölgələrdə QİYMƏT ŞOKU: Restoranlarda qiymət paytaxtdan dəfələrlə çoxdur – SƏBƏBbackend

Bölgələrdə QİYMƏT ŞOKU: Restoranlarda qiymət paytaxtdan dəfələrlə çoxdur – SƏBƏB

Azərbaycanın bir sıra turistik bölgələrində fəaliyyət göstərən
restoranlarda qiymətlər paytaxtla müqayisədə qat-qat bahadır.

 

Nəzərə alsaq ki, bölgələrdə məhsullar – meyvə, tərəvəz, ət məhsulları
və s. dəfələrlə ucuzdur.

 

Bəs region restoranlarında nəyə görə qiymətlər bu qədər
bahadır? Bu məsələ tənzimlənə bilərmi?

 

İqtisadçı-ekspert Xalid Kərimli mövzu ilə bağlı Referans-a
açıqlamasında bu sualları cavablandırıb.

 

“Bu məsələ dövlət tərəfindən tənzimlənə bilməz. Belə müəssisələrin
cəzalandırılması yalnız vətəndaşlar tərəfindən aparıla bilər. Vətəndaşlar belə
restoranlara getməyərək onları qiyməti endirməyə təşviq edə bilər. Belə
restoranlara gedilməsi o deməkdir ki, buradakı qiymət vətəndaşın cibinə
uyğundur. Təbii ki, burada yanaşmalar fərqlidir, bəziləri üçün baha hesab
olunan, digərləri üçün ucuzdur. Buna görə də yanaşmalar nisbidir. Əgər vətəndaş
qiymətə həssasdırsa, əvvəlcə getməzdən əvvəl araşdırma aparmalıdır və öz büdcəsinə
uyğun məkanlara üz tutmalıdır. Burada dövlət tənzimləməsi qanunvericiliklə
mümkün deyil. Dövlət sahibkarın qiymət təyin etmə siyasətinə qarışa bilməz.
Sahibkar bu qiyməti təyin etdiyi təqdirdə hələ də onun kifayət qədər müştərisi
varsa, demək ki, bu normal qiymətdir”.

 

Ekspert qeyd edib ki, sahibkarlar qiymətləri vətəndaşların tələblərinə
uyğun tənzimlədiyinə görə, vətəndaşların bahalı obyektlərdən imtina etməsi
onlara ən böyük cəza ola bilər.

 

“Bahalaşmanın əsas səbəbi həmin restoranların müştərilənin, əsasən,
Bakıdan gələn şəxslər olmasıdır. Regionda çalışanlar isə  belə yerlərə üz tutmur. Müştəri müxtəlifliyinin
olmaması da qiymətlərin daha çox yuxarı seqment üçün tənzimlənməsinə gətirib
çıxarır. Eyni zamanda bunu da nəzərə almaq lazımdır ki, turistik ərazilərdə də
daim qiymətlər başqa ərazilərə nisbətən yüksək olur. Siz bunu hansısa Avropa
ölkəsində də müşahidə edə bilərsiniz. Həmin ərazilərdə ərzaq qiymətləri, xərclər
az da olsa qiymətlər bahadır. Çünkibu tip ərazilərdə alıcı, müştəri çoxdur və
sahibkarlar təyin etdikləri qiymətə rahatlıqla satış edə bilirlər. Qiymətləri
endirmək isə yalnız rəqabətlə mümkün ola bilər”.


Fidan Vəlisoy 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki