Boşanan ailələrdə alimentin məbləğinin müəyyən olunması
mübahisəli məsələlərdəndir. Hətta bu nüans bəzən münaqişələrə belə səbəb olur.
Azərbaycanda aliment şəxsin maaşından yüksək məbləğdə təyin
oluna bilərmi? Bu barədə qanunvericilikdə nə deyilir?
Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquq müdafiəçisi Səməd Vəkilov
Referans-a açıqlamasında bu sualları cavablandırıb.
“Sualınıza cavab olaraq bildirirəm ki, nigahın pozulması
zamanı valideyinin himayəsinə verilmiş uşaqlara digər valideyin tərəfindən
alimentin verilməsi Ailə Məcəlləsi ilə tənzimlənir Ailə Məcəlləsinin 76-cı maddəsinə
əsasən alimentin 1) uşağa görə – qazancın
və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2) uşağa görə –
qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3) və daha çox uşağa görə – qazancın
(başqa gəlirlərin) yarısı. Eyni zamnda bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin
ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə
alınmaqla azaldıla və artırıla bilər. Onu da qeyd etmək lazımdır ki, Ailə Məcəlləsinin
78-ci maddəsinə əsasən qanunla aliment sabit pul məbləğində yəni valideynlər
arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş
yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri)
qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini
həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya
sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən
hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin
və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların
saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin
miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya
eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə
uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər”.
Hüquqşünas bildirib ki, sabit pul məbləğinin miqdarı məhkəmə
tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə
alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal
saxlanması əsas tutularaq müəyyən edilir.
“Tutulan alimentin miqdarı şəxsin qazancından çox ola bilərmi?
Uşaqların saxlanması üçün müəyyən edilmiş minimum istehlak səbətinə uyğun olaraq hər bir uşağın
saxlanmasına görə aliment müəyyən edilir. Bəzi hallarda şəxsin qazancı qeyri müəyyən
olduğu üçün bu məbləğ şəxsin aylıq qazancından çox ola bilər bu sadəcə olaraq
qanunla valideynin uşağı saxlamaq öhdəliyi ilə bağlıdır. Yəni bu məbləğ
valideyn tərəfindən ödənilməsi onun öhdəliyidir”.
Fidan Vəlisoy