“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” – Əməkdar artist

Əməkdar artist Dilarə Əliyeva qardaşı Vüsal Murtuzəliyevin ağır əməliyyat sonra xəstəxana çıxışında Səhiyyə Nazirliyinə müraciət ünvanlayıb. 

Referans xəbər verir ki, aktrisa anevrizma əməliyyatlarının yüksək qiymətinə diqqət çəkərək bildirib:

“Bir kanula 8 min manatdır. Əgər iki kanula istifadə olunursa, bu artıq 16 min manat edir. Maddi səbəbdən müalicə ala bilməyən çox insan var. Bu səbəbdən Səhiyyə Nazirliyinə müraciət edirəm – icbari tibbi sığorta bu əməliyyatları da əhatə etsin. İnsanlar həyatda qalmaq üçün mübarizəni tək aparmamalıdır.”

Aktrisa qardaşının vəziyyətinin indi yaxşı olduğunu və həkimlərə təşəkkür etdiyini də əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki