Bu gecə ehtimal edilən 3-cü Qədr gecəsidir

Bu gecə Azərbaycanda Ramazan ayının ehtimal edilən üçüncü Qədr (əhya) gecəsidir.

Referans Media xəbər verir ki, üçüncü Qədr gecəsi ramazan ayının 22-dən 23-nə, yəni martın 12-dən 13-nə keçən gecəyə təsadüf edir.

Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə nazil olub.

Xatırladaq ki, Ramazan ayı Azərbaycanda fevralın 19-də başlayıb. Şəvval ayının 1-də, yəni martın 20-da Ramazan (Fitr) bayramı olacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki