image-qoc1backend

Bu heyvanları şərikli qurban kəsə bilərsiniz – İslam dini icazə verir

“Qurban bayramının yaxınlaşması ilə birlikdə insanlar arasında şərikli qurban kəsmək məsələsi gündəmə gəlib. İslam dininə görə, şərikli qurban yalnız müəyyən heyvan növləri üçün icazəlidir və bununla bağlı dini qaydalar açıq şəkildə müəyyən olunub”.

“Qoyun, quzu və keçi kimi kiçik buynuzlu heyvanlar yalnız bir nəfərin niyyəti ilə qurban edilə bilər. Bu heyvanlarda şəriklik mümkün deyil.Əvəzində, dəvə, dana və camış kimi iri buynuzlu heyvanların birgə kəsilməsi şəriətə uyğundur. Belə hallarda ən çoxu yeddi nəfər bir araya gələrək eyni heyvanı qurban kəsə bilər. Əsas şərt odur ki, bu şəxslər eyni niyyətlə, yalnız Allahın rızasını qazanmaq məqsədilə həmin ibadəti yerinə yetirsinlər. Yalnız ət əldə etmək və ya ticarət məqsədilə ortaq olmaq dini baxımdan düzgün sayılmır”

Qurban yalnız bıçaqla deyil, Allaha yaxınlaşmaq niyyəti ilə kəsilməlidir. Şərikli kəsilən heyvanın əti iştirakçılar arasında bərabər şəkildə bölünməlidir. Hər kəs öz payını istifadə edə, ya da ehtiyac sahiblərinə bağışlaya bilər. Din xadimləri vurğulayırlar ki, bir fəqirin evinə daxil olan qurban payı, əslində, Allahın “Kərim” və “Rəzzaq” adlarının o evdə təcəllisi deməkdir”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki