image-bus_probka_151015_2_1749022571-full-768x403backend

Bu köhnə avtobuslardan istifadə edənlərə ŞAD XƏBƏR – Yenilənəcək

Paytaxtın bir çox ərazilərində köhnə avtobus problemi hələ də aktualdır. İsti yay günlərində kondisionerin olmaması ilə yanaşı belə avtobuslarda heç gigiyenik qaydalardan da söhbət gedə bilməz. 

Referans xəbər verir ki, belə avtobuslardan biri də 199 nömrəli avtobusdur. Avtobusdan istifadə edən sakinlər olduqca narazıdırlar.

Avtobus, demək olar ki, istifadəyə yararsız vəziyyətdədir. Daşıyıcı şirkət isə bildirir ki, bu xətt üzrə fəaliyyət göstərən avtobusların yarıdan çoxu müasir və Avropa standartlarına uyğun olan avtobuslardır. Digər yeni avtobusların sifarişi isə artıq verilib.

Daha ətraflı videoda:


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki