image-araqci-1backend

Bu, müharibənin taleyini həll edəcək – Əraqçi

İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hazırda Tehran və Vaşinqton arasında danışıqlarla bağlı təklif yoxdur.

Referans Media xəbər verir ki, bu barədə nazir “CBS News”a müsahibəsində danışıb.

Əraqçi qeyd edib ki, hər şey gələcək inkişaflardan asılı olacaq:

“Əgər İran rəhbərliyi nə vaxtsa Amerika tərəfi və ya digər iştirakçılarla dialoqa başlamaq qərarına gələrsə, Tehran hansı məsələləri müzakirəyə çıxaracağını müəyyən edəcək. Bu, müharibənin taleyini də həll edəcək. Razılaşma üçün bu, əsas şərtdir”.

Əraqçi təşəbbüsün tamamilə İrana aid olduğunu açıq şəkildə bildirib.//globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki