image-gogebackend

Bu ölkə “Meta”, “Google” və “TikTok”a vergi tətbiq edəcək

Avstraliya hökuməti rəqəmsal platformalardan əldə edilən gəlirlə jurnalistikanı maliyyələşdirmək məqsədilə “Meta”, “Google” və “TikTok”a yeni vergi tətbiq etməyə hazırlaşır.

Referans Media  xəbər verir ki, hökumət sosial media nəhənglərindən əldə edilən gəlirlə jurnalistlərin maaşlarını ödəməyi nəzərdə tutan yeni qanun layihəsi hazırlayıb. Qanun layihəsi, bu platformaları xəbər təşkilatları ilə kommersiya sövdələşmələri bağlamağa təşviq etməyi hədəfləyir və 2 iyul tarixinə qədər Avstraliya parlamentinə təqdim olunması gözlənilir.

Təklif olunan “Xəbər Sövdələşmələri Təşviq Proqramı”na əsasən xəbər naşirləri ilə razılaşma bağlamaqdan imtina edən böyük rəqəmsal platformalar Avstraliya gəlirlərindən 2.25%-lik vergi ödəməli olacaqlar. Bu tətbiqin nəticəsində təxminən 250 milyon Avstraliya dolları həcmində illik gəlirin əldə edilməsi gözlənilir. Bu məbləğ xəbər təşkilatları tərəfindən işə götürülən jurnalistlərin sayına mütənasib olaraq bölüşdürüləcək.

Qanun layihəsinə sərt reaksiya verən “Meta” bu təklifi sərvətin məcburi sektorlararası köçürülməsi və rəqəmsal xidmətlər vergisi kimi qiymətləndirib. “Google” isə reklam bazarındakı dəyişikliklərin yanlış başa düşüldüyünü və “Microsoft” və “OpenAI” kimi şirkətlərin qanundan kənarda qalmasını tənqid edərək verginin yerində olmadığına dair bəyanat verib.

Avstraliyanın baş naziri Entoni Albaniz transmilli şirkətlərin yaradıcı məzmundan qonorar ödəmədən gəlir əldə etmələrinin səhv olduğunu vurğulayıb. O, bu qərarın tamamilə milli maraqlara uyğun olaraq verildiyini və ABŞ-dən gələcək potensial reaksiyalardan narahat olmadığını bildirib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki