image-hekimbackend

Bu ölkədə həkimlər iş buraxaraq etiraz edir

İspaniyada həkimlər, Səhiyyə Nazirliyinin hazırladığı iş qaydalarına etiraz olaraq ölkə üzrə iki günlük tətilə çıxıblar.

Referans Media xəbər verir ki, Milli mətbuatın məlumatına görə, Nazirlik səhiyyə sahəsində təxminən 20 ildir qüvvədə olan iş şərtlərində dəyişiklik nəzərdə tutan qaydaları təsdiqləyib.

Ölkə üzrə 16 səhiyyə təşkilatı bu qərara etiraz olaraq iki günlük iş buraxma aksiyasına başlayıb.

Həkimlər, tələblərini ödəmədiyini düşündükləri və özlərinə məxsus ayrıca qayda tələb etdikləri sənəddə növbə saatları, maaş, iş vaxtı, erkən təqaüd hüququ və peşə kateqoriyaları üzrə dəyişikliklərin edilməsini istəyirlər.

Səhiyyə Nazirliyi isə indiyədək həmkarlar ittifaqları ilə keçirilən görüşlərdə, onların hazırladığı qaydadan başqa bir sənədi qəbul etməyəcəyini açıqlayıb.

Bundan əlavə, tətil çərçivəsində Madrid və Barselona başda olmaqla bir sıra şəhərlərdə nümayişlərin təşkil ediləcəyi bildirilib.



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki