Yaponiyanın şimalındakı Aomori prefekturasında quş qripi epidemiyası aşkar edilib.
Referans Media “Unikal”-a istinadən xəbər verir ki, bundan sonra təxminən 230 min toyuq məhv edilib.
İnfeksiyanın daha da yayılmasının qarşısını almaq üçün 32 quşçuluq ferması ətrafında 10 km radiusda karantin zonaları yaradılıb. Hakimiyyət orqanları və ekspertlər ciddi iqtisadi nəticələrdən narahatdırlar.
Xüsusilə, 2023-cü ildə oxşar bir epidemiya Yaponiyada yumurta qiymətlərinin kəskin şəkildə artmasına və mağazalarda qıtlığa səbəb olub.























