image-naxcivan-2backend

Bu şirkət Naxçıvanda 7 milyonluq MÜQAVİLƏ İMZALADI

“Azərenerji” 110 kV-luq elektrik xəttinin yenilənməsi üçün 6,6 milyon manatlıq müqavilə bağlayıb.

Referans Media bildirir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti 110 kV-luq “Naxçıvan Şəhər” yarımstansiyasından (YS) çıxan elektrik verilişi xətlərinin yenilənməsi ilə bağlı satınalma həyata keçirib.

Satınalmanın qalibi “AzConstruction” Qapalı Səhmdar Cəmiyyəti olub.

Müqaviləyə əsasən, 110 kV-luq “Naxçıvan Şəhər” YS-dan çıxan 110 kV-luq elektrik verilişi xəttinin (EVX) kabel xətləri ilə əvəzlənməsi işləri həyata keçiriləcək. Layihə çərçivəsində mövcud hava xəttinin kabel xətti ilə əvəz olunması nəzərdə tutulur.

Satınalma müqaviləsinin dəyəri 6 milyon 664 min manat təşkil edir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki