Tramp ABŞ-ın Venesuela və İrandakı əməliyyatlarını müqayisə edib.
ABŞ prezidenti Donald Tramp bildirib ki, Venesuelada həyata keçirilən əməliyyat “tam və qəti qələbə” ilə nəticələnib.
“Venesuelada bu, tam və qəti bir qələbə idi və indi Venesuela hökuməti ilə çox sıx əməkdaşlıq edirik. Bir gündə nəzarəti ələ aldıq və heç kimi itirmədik”, – deyə Tramp vurğulayıb.
O, İran istiqamətində keçirilən “Epik Qəzəb Əməliyyatı”na da toxunaraq, həmin əməliyyatda 13 nəfərin həyatını itirdiyini bildirib.
“Epik Qəzəb Əməliyyatında 13 gözəl canı itirdik”, – deyə ABŞ lideri əlavə edib./Globalinfo.az
