Bu tarixdə Bakıda qar yağacaq

Bakıda yanvar ayında qar yağacağı ehtimal olunur.

Referans Media metbuat.az-a istinadla bildirir ki, bu barədə “AccuWeather” platformasının proqnozlarında göstərilir. Proqnozlara əsasən, gələn ilin yanvarın 20, 21 və 23-də paytaxtda yağış və qar gözlənilir. Havanın temperaturu gündüz 8° isti, gecə isə 3° isti göstərilir.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti şəhərdə qarlı hava ilə bağlı hazırlıq işlərinə başlanıldığını bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki