Buradakı NATO qoşunlara zərbə endirəcəyik – Zaxarova

“NATO Ukraynada açıq hərbi müdaxilə planlaşdırır”.

Referans Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bu açıqlamanı NATO-nun baş katibi Mark Ruttenin bəyanatına münasibət bildirərkən səsləndirib.

Zaxarovanın sözlərinə görə, sülh razılaşmasından sonra Ukraynada “istəklilər koalisiyası”na məxsus qoşunların yerləşdirilməsi Rusiya üçün qəbuledilməzdir. O vurğulayıb ki, bu cür qüvvələr Moskva tərəfindən legitim hərbi hədəf kimi qiymətləndiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki