image-and-icme1backend

Çağırışdan yayınanlar CƏZALANACAQ- XƏBƏRDARLIQ

Son günlər hərbi təlim toplanışları ilə bağlı suallar və müzakirələr xeyli artıb. Xüsusilə kimlərin çağırıldığı və kimlərin bu prosesdən azad olunduğu cəmiyyətdə maraq doğurur.
Referans Media  xəbər verir ki ,mövzunun hüquqi tərəflərini hərbi ekspert Ədalət Verdiyev Ajans.az-a açıqlama verib.

Ədalət Verdiyev bildirib ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ehtiyatda olan hərbi vəzifəlilər müəyyən hallarda hərbi təlim, yoxlama və xüsusi toplanışlara cəlb edilirlər. Bu proses ölkənin müdafiə hazırlığının gücləndirilməsi məqsədi daşıyır.

Hərbi təlimlərə əsasən ehtiyatda olan şəxslər çağırılır. Onlar yaş və xidmət kateqoriyalarına görə birinci, ikinci və üçüncü dərəcəli ehtiyat qruplarına bölünür və qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində toplanışlara cəlb oluna bilərlər. Birinci dərəcəli ehtiyatda olanlar daha çox və daha uzun müddətə, üçüncü dərəcəli ehtiyatda olanlar isə daha məhdud şəkildə çağırılır.

Hərbi ekspert qeyd edib ki, təlimlərə cəlb olunanlar təkcə əsgər və çavuş heyəti ilə məhdudlaşmır. Qanunvericiliyə əsasən gizirlər, miçmanlar, kiçik və baş zabitlər, eləcə də ali zabitlər də yaş hədləri daxilində ehtiyatda olduqları müddətdə bu prosesə cəlb oluna bilərlər.

Bununla yanaşı, bəzi kateqoriyadan olan şəxslərə təlimlərdə iştirak etməmək üçün möhlət və ya azadolma verilir. Bunlara ehtiyata buraxıldıqdan sonra ilk bir ilini yaşayan şəxslər, bron edilmiş hərbi vəzifəlilər, çağırışdan möhlət hüququ olanlar, qadınlar, əyani və qiyabi təhsil alan tələbələr (müəyyən dövrlərdə), həmçinin mülki aviasiya və dəniz sahəsində çalışan bəzi ixtisas sahibləri daxildir.

Onun sözlərinə görə, hərbi təlim toplanışlarından yayınmaq hüquqi məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinə əsasən, üzrlü səbəb olmadan çağırışa gəlməyən şəxslər 300 manatdan 500 manatadək cərimə oluna və ya ictimai işlərə cəlb edilə bilərlər. Daha ciddi hallarda isə Cinayət Məcəlləsinə uyğun olaraq hərbi xidmətdən yayınma iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Müharibə dövründə bu cəza daha da ağırlaşdırılaraq 3 ildən 6 ilədək həbs nəzərdə tutur.

Qeyd olunur ki, qanunvericilik bu sahədə kifayət qədər aydın çərçivə müəyyən edib və vətəndaşların üzərinə düşən öhdəliklərin yerinə yetirilməsi vacib hesab olunur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki