Cənubi Koreyanın sabiq prezidenti Yoon ömürlük həbsə məhkum edildi

Cənubi Koreya-da məhkəmə sabiq prezident Yoon Suk Yeol barəsində ömürlük həbs cəzası çıxarıb.

Referans Media xəbər verir ki, qərara əsasən, Yoon 2024-cü ilin dekabrında fövqəladə vəziyyət (hərbi rejim) elan edərək uğursuzluqla nəticələnən qiyama rəhbərlik etməkdə təqsirli bilinib. Yonhap agentliyinin məlumatına görə, Seul Mərkəzi Dairə Məhkəməsində keçirilən ilk iclasda o, “qiyamın təşkilatçısı” kimi günahkar sayılıb. Prokurorluq ilkin olaraq onun barəsində ölüm cəzası tələb etmişdi.

Məhkəmə iş üzrə digər şəxslərə də ağır cəzalar verib. Keçmiş müdafiə naziri Kim Yong-hyun 30 il, sabiq kəşfiyyat komandanı Noh Sang-won isə 18 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, Yoon 2025-ci ilin yanvarında “qiyama rəhbərlik” ittihamı ilə rəsmi olaraq mühakiməyə cəlb edilmişdi.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki