Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun gürcü həmkarı Maka Boçorişvili ilə təkbətək görüşü keçirilir.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, Azərbaycan – Gürcüstan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri, regional məsələlər üzrə əməkdaşlığın, strateji əlaqələrin dərinləşdirilməsi imkanlarının təkbətək görüşdə müzakirə edildiyi qeyd olunub.
11:04
***
Gürcüstanda səfərdə olan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun gürcü həmkarı Maka Boçorişvili ilə geniş tərkibdə görüşü başlayıb.
Gürcü nazir Azərbaycan XİN rəhbərini qarşılayıb.
xxx
22 iyul tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfərə yola düşüb.
Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili, habelə digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.