Çində 5,2 bal gücündə zəlzələ baş verib

Çinin şimal-qərbində yerləşən Sincan Uyğur Muxtar Bölgəsində 5,2 bal gücündə zəlzələ qeydə alınıb.

Referans Media xəbər verir ki, Çin Zəlzələ Şəbəkələri Mərkəzinin (CENC) yaydığı məlumata görə, yerli vaxtla günün ilk saatlarında Taşkurgan Tacik Muxtar Rayonu ərazisində episentri yerləşən yeraltı təkanlar hiss olunub. Zəlzələnin ocağı təxminən 10 kilometr dərinlikdə olub.

İlkin məlumatlara əsasən, hadisə nəticəsində insan tələfatı və ya maddi ziyan qeydə alınmayıb. Bildirilib ki, zəlzələ nəqliyyat və rabitə sistemlərinə, eləcə də elektrik şəbəkəsinə təsir göstərməyib, bölgədə gündəlik həyat və istehsal fəaliyyəti normal qaydada davam edir.

Gülnaz Abdullazadə.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki