Çindən qəbul edilən blok-qatarların sayı 2 dəfəyə yaxın artdı – FOTObackend

Çindən qəbul edilən blok-qatarların sayı 2 dəfəyə yaxın artdı – FOTO

  Bu ilin yanvar-iyul aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Çindən Orta Dəhliz ilə 225 blok-qatar qəbul edib.

Bu barədə Referans ADY-ya istinadla xəbər verir.

Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfəyə yaxın artım deməkdir. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir. Bu ilin 7 ayında ümumilikdə blok-qatarlarla 24 min TEU yük daşınıb, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur”, – məlumatda deyilir.

Qeyd olunub ki, son dövrdə Çin və Azərbaycan arasında Orta Dəhliz üzrə yükdaşımalarda artım dinamikası müşahidə olunur və 2024-cü ildə Çindən 287 blok-qatar qəbul edilib.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki