Dağıstanda genişmiqyaslı daşqın səbəbindən regional fövqəladə vəziyyət elan edilib.
Referans Media TASS-a istinadla xəbər verir ki, vəziyyətin federal səviyyəyə çıxması gözlənilir.
“Nəticələrə əsasən, hökumət komissiyası yaxın vaxtlarda fövqəladə vəziyyət rejiminin təkmilləşdirilməsi barədə qərar qəbul edəcək”, – deyə Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Rusiya Prezidenti Vladimir Putinə hesabatı zamanı bildirib.
Qeyd edək ki, bundan əvvəl sinoptiklər aprelin 10-da regionu yeni siklonla vuracağı ilə bağlı xəbərdarlıq edib.























