Dəhşətli təyyarə qəzası: 25 uşaq yanaraq öldü backend

Dəhşətli təyyarə qəzası: 25 uşaq yanaraq öldü 

  Dəkkədə Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus təlim təyyarəsinin qəzaya uğraması nəticəsində 27 nəfər həlak olub.

Referans TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin nümayəndəsi Sayedur Rəhman brifinq zamanı jurnalistlərə məlumat verib.

“Həlak olanlar arasında 25 uşaq var, onların bir çoxunun yaşı 12-dən aşağıdır. Eyni zamanda, pilot və bir müəllimə də həyatını itirib,” – deyə Rəhman bildirib.

Bəzi meyitlərin kimliyinin müəyyənləşdirilməsi üçün DNT testlərinin aparılmasına ehtiyac var. Hadisə nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan 170-dən çox şəxs xəstəxanalara yerləşdirilib.

“Tibbi yardım göstərmək üçün bütün imkanlarımızı səfərbər etmişik. Lakin bəzi yaralıların vəziyyəti kritik olaraq qalır,” – deyə o vurğulayıb.

Qeyd edək ki, Banqladeş Hərbi Hava Qüvvələrinə məxsus F-7 BGI təlim təyyarəsi Dəkkənin Uttara bölgəsində kollec şəhərciyində qəzaya uğrayıb.
/Musavat.com



  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki