Məlum olduğu kimi “Formula 1” üzrə Azərbaycan Qran Prisi 19-21 sentyabr tarixlərində keçiriləcək. Sosial şəbəkələrdə yayılan məlumatlarda qeyd olunur ki, orta məktəblərdə və ali təhsil müəssisələrinin dərslərinin yarış səbəbindən sentyabrın 27-də başlayacağı iddia edilir.
Bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur? Mövzuyla bağlı təhsil eksperti Elşən Qafarov REFERANS-ın suallarını cavablandırıb.
Elşən Qafarov qeyd edib ki, ümumtəhsil məktəblərində tədris ilinin müddəti ilə bağlı Nazirlər Kabinetinin 24 fevral 2020-ci il tarixli 66ı nömrəli qərarı var. Bu qərara əsasən ümumtəhsil məktəblərində tədris ilinin başlanması və bitməsi o cümlədən də tətillər və yarımilliklərin müddəti ilə bağlı konkret tarixlər göstərilib. Eyni zamanda 66 nömrəli qərarda göstərilib ki, ölkə üzrə tədris ilində və tətillərdə dəyişikliklər nazirlər kabinetinin qərarı ilə mümkündür, lakin ayrı-ayrı məktəblərdə isə Elm və təhsil nazirliyinin əmri ilə həyata keçirilir.
Həmsöhbətimiz vurğulayıb ki, əgər tədris ilinin sentyabrın 15-də deyil 21-i və yaxud 27-də başlayarsa bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Əgər Nazirlər Kabinetinin qərarı olacaqsa bu hamıya aydın olacaq. Yaxud Nazirlər Kabinetinin qərarı olmayacaqsa bu o deməkdir ki, biz eyni qayda ilə sentyabrın 15-dən tədris ilinə başlayacağıq.
“Onu da bildirməkistəyirəm ki, “Formula 1″ keçiriləcəyi ərazidə elədə çox ümumtəhsil məktəbi təşkil etmir. Yəni bununla əlaqədar beş və yaxud on məktəbə görə bütün ölkə ərazisində tədris ilinin vaxtının dəyişdirilməsi də qəbul edilməzdir. Bu ərazidə olan məktəblər və yaxud ali məktəblərdə hər hansı alternativ məsələlər nəzərdə tutula bilər. Lakin ölkə ərazisində və ümumiyyətlə Bakı ərazisində tədris ilinin dəyişdirilməsi nazirlər kabinetinin qərarı ilə mümkündür”-deyə Elşən Qafarov əlavə edib.
Ləman Xalıqova
Referans
