image-dondurma_2365backend

Dondurmalarla bağlı QORXUNC TƏHLÜKƏ – Bu məqamlara xüsusi DİQQƏT EDİN!

“İsti havalarda insanların ən çox sevdiyi qidalardan biri də dondurmadır. Bunu bilən bəzi işbazlar öz bəd əməllərindən geri qalmırlar. Məlum olduğu kimi dondurmanın istehsalında ancaq kərə yağından istifadə olunmalıdır. Lakin bəzən texniki şərtlər daxilində bitki yağlarından da istifadə oluna bilər. Bu bitki yağları içərisində kakos yağı ən yaxşısıdır. Digər bitki yağlarının dondurmanın istehsalında istifadəsi ilə bağlı hansısa bir texniki şərt və ya standart yoxdur”.

Bunu Bizim.Media-ya müsahibəsində Azad İstehlakçılar İB-nin sədri Eyyub Hüseynov deyib. O, bildirib ki, istehlakçılarımızın bizə verdiyi məlumatlardan aydın olur ki, bəzi işbazlar xüsusən də plombir istehsalı zamanı vaxtı keçmiş kərə və yaxud bitki yağından istifadə edilir:

“Belə dondurmaları qəbul edərkən boğazda və damaqda acılıq hiss edilir.  Bir də açıq dondurmaya daha az üstünlük verilsə yaxşıdır. Çünki vaxtı keçmiş dondurmaları əsasən kiloqramla, açıq şəkildə satırlar”.

Müsahibimiz mövzu ilə bağlı digər bir narahatlığını da səsləndirib:

“Bəzi işbazlar qışda istehsal edilən dondurmaları yayda satışa çıxarırlar. Dondurmaları -18 dərəcədə 10 ay saxlamaq olar. Lakin dondurmanın istehsal tarixini saxtalaşdırmaq qətiyyən olmaz. Doğrudur, xaricdən gətirilən dondurmalara 12-16 ay yararlıq müddəti qoyulur. Belə dondurmaları biz arzuolunmaz dondurmalar hesab edirik. Xaricdən gətirilən dondurmalarda problemin biri də odur ki, onlar daşınan zaman yolda temperatur riskinə məruz qala bilirlər.

Adətən dondurma alarkən bunu müəyyən etmək olur. Temperatur riskinə məruz qalan dondurmalar əsasən öz ticari görünüşünü itirmiş olur.

Yaxşı olar ki, istehlakçılar yerli dondurmalara üstünlük versinlər. Bundan başqa, istehlakçılar yaxşı olardı ki, dondurma alan zaman onun üzərindəki məlumat yazısına xüsusi diqqət yetirsinlər. Şübhəli məqam olduqda isə “1003” qaynar xəttinə zəng etsinlər”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki