image-cpujhjdjo3djs6ozrawgpbdgsqudh0kpn6wk4zlq_1200-11backend

DOST şəbəkəsi genişlənir: növbə bu şəhərlərdədir

Hazırda Naxçıvan Muxtar Respublikasında, Quba, Sabirabad, Gəncə, Masallı, Sumqayıt və bir sıra ərazilərdə DOST mərkəzlərinin və filiallarının layihələndirilməsi və tikilməsi istiqamətində işlər davam edir.

Referans Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya müsahibəsində deyib.

O bildirib ki, ötən dövr ərzində Azərbaycanın DOST konsepsiyası Avropa Sosial Şəbəkəsi, Beynəlxalq Sosial Təminat Assosiasiyası, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası, Dünya Bankı, Beynəlxalq Əmək Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlar kimi yüksək qiymətləndirilib və 40-dək xüsusi mükafat, sertifikat qazanıb.

“Bakıda və bölgələrdə 7 DOST mərkəzi fəaliyyət göstərir, 2 DOST filialı, 3 DOST məntəqəsini istifadəyə vermişik. 2030-cu ilə qədər bütün ölkəni DOST şəbəkəsi ilə əhatə etməyi planlaşdırmışıq. Hazırda DOST konsepsiyası çərçivəsində 4,3 milyon vətəndaşa xidmət göstərmişik və bu xidmətdən əhalinin məmnunluq səviyyəsi 98 faizin üzərindədir.

DOST konsepsiyasını işğaldan azad edilən ərazilərdə də tətbiq edə bildik. İlk dəfə Zəngilan rayonunun Ağalı kəndində ilk smart DOST məntəqəsini istifadəyə verə bildik. Şuşada Dövlət Xidmətləri Mərkəzində DOST konsepsiyasını reallaşdırdıq. Həmçinin bu xidmətin təşkilini Füzulidə, Kəlbəcərdə təmin etmişik”, – nazir əlavə edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki