“Dubay” Beynəlxalq Hava Limanında və “Dubay World Central – Əl Maktum” Beynəlxalq Aeroportunda bütün uçuşlar növbəti bildirişədək dayandırılıb.
Referans Media xəbər verir ki, məlumatı Dubay Aeroportunun media ofisi yayıb.
Məlumata görə, Dubay Hava Limanları tərəfindən yayılan xəbərdarlıqda həm eniş, həm də qalxış reyslərinin dayandırıldığı təsdiqlənib.
Sərnişinlərə hazırda hava limanına getməmək və reyslərlə bağlı ən son məlumatları əldə etmək üçün birbaşa öz aviaşirkətləri ilə əlaqə saxlamaq tövsiyə olunub.
“Vəziyyəti izləməyə davam etdikcə, əlavə məlumatlar təqdim olunacaq”, – açıqlamada bildirilib.
Qeyd edək ki, İsrail müdafiə naziri İsrail Katz ölkəsinin İrana qarşı qabaqlayıcı zərbələr endirməyə başladığını açıqlayıb. ABŞ ordusu İsrailin hücumuna dəstək verir.























