Dünya Kuboku öncəsi ABŞ hava limanlarında Ebola nəzarəti gücləndirilir

ABŞ-da 2026 FIFA Dünya Kuboku ərəfəsində sərnişin axınının artacağı bəzi hava limanlarında Ebola virusuna qarşı xüsusi yoxlama məntəqələri yaradılacaq.

Bunu Ağ Evdə keçirilən brifinqdə ABŞ-ın Medicare və Medicaid Xidmətləri Direktoru Mehmet Öz açıqlayıb. O bildirib ki, turnir zamanı ictimai sağlamlığın qorunması üçün bütün zəruri tədbirlər görülür və Ebola ilə mübarizə üzrə ətraflı fəaliyyət planı hazırlanıb.

Rəsmilər qeyd ediblər ki, ABŞ-ın səhiyyə qurumları mümkün risklərin qarşısını almaq üçün intensiv işləyir və beynəlxalq yarış müddətində hər hansı sağlamlıq böhranının yaşanmaması məqsədilə nəzarət tədbirləri gücləndirilib.

Qeyd edək ki, Ebola virusu son aylarda yenidən diqqət mərkəzinə gəlib. Virus ilk dəfə 1976-cı ildə SudanKonqo Demokratik Respublikası ərazilərində aşkarlanıb. 2014–2017-ci illərdə Qərbi Afrikada baş vermiş genişmiqyaslı epidemiya zamanı 30 mindən çox insan virusa yoluxub, 11 mindən çox şəxs isə həyatını itirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki