Dünyanın ən bahalı məktəbi – Məzunları arasında krallar da var

İsveçrədə yerləşən Le Rosey məktəbi, məzunları arasında krallar və super zəngin ailələrin övladları olduğu üçün dünyanın ən bahalı məktəbi kimi tanınır.

“Referans MEDİA” Cagdas.az-a istinadən xəbər verir ki, 1880-ci ildə yaradılan Le Rosey-nin Cenevrə və Lozan arasında iki kampusu var. Bunlardan biri Rolle-də yerləşən və 14-cü əsrdən qalma Rosey sarayıdır. Tətil sonrası tələbələr təhsillərinə Gstaad-da yerləşən xizək mərkəzindəki kampusda davam edirlər.

Məktəbdə tələbələrə xizəklə sürüşməkdən tutmuş yoqa və müxtəlif sahələrdə özünü inkişaf etdirmək imkanı verilir. Məktəbin məzunları arasında sabiq İspaniya Kralı Xuan Karlos, sabiq Misir Kralı II Fuad və Belçika Kralı II Albert də yer alıb. Bu səbəbdən məktəb “Kralların Məktəbi” adı ilə də tanınır.

Le Rosey məktəbinin illik təhsil haqqı təxminən 345 min manatdır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki