Əbu-Dabidə üçtərəfli danışıqlar başa çatdı

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqlar başa çatıb.

Referans Media  bildirir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Əbu-Dabidə Ukraynada müharibənin nizamlanması ilə bağlı danışıqların ikinci günü start götürüb.

Referans Media APA-ay istinadən xəbər verir ki, bu barədə TASS öz mənbəyinə istinadən məlumat yayıb.

Məlumata görə, görüşlər müxtəlif formatlarda keçirilir.

“Associated Press” agentliyinə danışan mənbənin sözlərinə görə, danışıqlar prosesində format tez-tez dəyişir.

“Bəzən iştirakçılar hansısa məsələləri ayrıca müzakirə etmək üçün kənara çəkilirlər, bəzən hamı bir araya gəlir, bəzən isə bir neçə qrup mövzular üzrə bölünür”, – mənbə bildirib.

Bildirilir ki, qapalı keçirilən danışıqların birinci günündə əsas müzakirə mövzuları arasında bufer zonaların yaradılması və müxtəlif nəzarət mexanizmləri yer alıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki