Müğənni Nüşabə Musayeva yenidən gündəmə gəlib.
Referans Media xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə ifaçı adı efir qadağası siyahısında yer alan sənətçilər arasında olmasına baxmayaraq, məkanların birində keçirilən tədbirdə görünür. Onun rəqs etməsi və dekolteli geyim seçimi izləyicilər arasında geniş müzakirələrə səbəb olub.
Paylaşılan kadrlarda müğənninin sərbəst rəqs etdiyi və səhnə tərzi ilə diqqət çəkdiyi əks olunub. Görüntülər qısa müddətdə sosial mediada yayılaraq müxtəlif reaksiyalara yol açıb. Bir qrup istifadəçi onun üslubunu bəyənsə də, digərləri efir qadağası və davranışı ilə bağlı fərqli fikirlər səsləndirib.
Görüntü sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilməkdə davam edir.






















