Əraqçidən Xamenei ilə bağlı gözlənilməz açıqlama

İranın mərhum lideri artan təhdidlərə və ABŞ qüvvələrinin bölgədəki mövcudluğuna baxmayaraq, sığınacaqdan istifadə etməyib və son ana qədər öz vəzifəsini yerinə yetirib.

Referans Media xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Nazirin sözlərinə görə, bəzi xarici qüvvələr İranın siyasi sistemində böhran və idarəetmə boşluğu yaranacağını gözləyirdilər. Lakin hadisələrin inkişafı bu proqnozları doğrultmayıb.

Əraqçi qeyd edib ki, dövlət institutları qısa müddətdə koordinasiyalı şəkildə fəaliyyətə keçib və yeni liderin operativ təyin olunması ölkədə sabitliyin qorunmasına imkan verib.

Onun sözlərinə görə, varisin təcili müəyyənləşdirilməsi dövlət idarəçiliyində fasilənin yaranmasının qarşısını alıb və ölkənin siyasi sisteminin dayanıqlığını nümayiş etdirib./Globalinfo.az


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki