Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasında çıxışı zamanı Türkiyə-Ermənistan arasındakı münasibətlərdən danışıb.
Referans xəbər verir ki, Dövlət başçısı iki ölkə arasında münasibətlərin normallaşmağa doğru getdiyini bildirib.
O qeyd edib ki, Ankara əvvəldən İrəvanla münasibətlərin yaxşılaşması üçün səylər göstərib.
Türkiyə lideri bildirib ki, münasibətlərin normallaşması üçüm siyasi iradənin möhkəmləndirilməsinin vacibdir.//Globalinfo.az
