Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı ötən həftə Cənubi Kiprdə keçirilən Aİ liderlərinin qeyri-rəsmi sammitində iştirakdan imtina edib.
Referans Media xəbər verir ki, bu barədə Cənubi Kipr Administrasiyasının lideri Nikos Xristodulides məlumat yayıb.
O bildirib ki, sammitdən bir neçə gün öncə Ankaradan mənfi cavab gəlib. Xristodulidesin sözlərinə görə, Türkiyəyə göndərilən dəvətnamədə yalnız Ərdoğanın iştirakı deyil, həm də xarici işlər naziri Hakan Fidanın Almaniyada keçirilən Aİ xarici işlər nazirlərinin ənənəvi qeyri-rəsmi sammitində və ya Avropa İttifaqının Ümumi İşlər Şurasında iştirakı da yer alıb.
Türkiyə mediasına görə, Kipr lideri ilin əvvəlində Aİ sədrliyini qəbul edərkən Ərdoğanı qeyri-rəsmi Aİ sammitlərinə dəvət etmək niyyətində olduğunu da açıqlayıb.
İddiaya görə, Xristodulides noyabr ayında Türkiyənin sədrliyi ilə Antalyada keçiriləcək BMT-nin İqlim Dəyişikliyi Konfransına dəvət olunmaq istəyir.























