Ərdoğan Putin və Trampı bir araya GƏTİRİR backend

Ərdoğan Putin və Trampı bir araya GƏTİRİR 

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya lideri Vladimir Putin və ABŞ pezidenti Donald Trampla telefon danışığı aparmağı planlaşdırır.

Referans xəbər verir ki, Ərdoğan bu təşəbbüsün Ukrayna ətrafında yaranmış vəziyyətin tənzimlənməsi məqsədilə liderlərin İstanbulda mümkün görüşünün təşkilini müzakirə etmək üçün nəzərdə tutulduğunu bildirib.

“Böyük ehtimalla bu həftə Putin və Tramp ilə danışaraq İstanbulda liderlərin görüşünün keçirilməsi perspektivlərini müzakirə edəcəyik. Bunun üçün çalışacağıq”, – deyə Ərdoğan iyulun 23-də İstanbulda baş tutan Rusiya–Ukrayna birbaşa danışıqlarının üçüncü raundunun nəticələrini şərh edərkən jurnalistlərə bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki