Ermənistan-Azərbaycan münasibətlərində dönüş yaranıb – Paşinyan

  Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanla Bakı arasında münasibətlərdə əhəmiyyətli dinamikanın olduğunu açıqlayıb.

Referans.az  xəbər verir ki, o, bu barədə Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında bildirib.

 “Ermənistan və Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyaların birgə fəaliyyəti haqqında əsasnamə ratifikasiya edilib və ən yüksək hüquqi qüvvəyə malik olub”, – o qeyd edib.

Paşinyan həmçinin vurğulayıb ki, tərəflər avqustun 8-də Vaşinqtonda paraflanan Sülh və Dövlətlərarası Münasibətlərin bərqərar olması haqqında Saziş üzrə razılığa gələ biliblər./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki