“Ermənistanın bu gedişləri çox təhlükəlidir” – Paşinyanın Moskvaya səfərindən sonrakı dəyişiklikbackend

“Ermənistanın bu gedişləri çox təhlükəlidir” – Paşinyanın Moskvaya səfərindən sonrakı dəyişiklik

  “Paşinyanın Moskvaya səfərindən sonra Ermənistan rəsmilərinin ritorikası sərtləşib. Həm Zəngəzur dəhlizi, həm də konstitusiya məsələsi ilə bağlı fərqli fikirlər səslənir”.

Referans.az  xəbər verir ki , bu sözləri “Yeni Sabah”a politoloq Tofiq Zülfüqarov deyib.

O bildirib ki, İrəvan hazırda olduqca fərqli mövqe ortaya qoyur: pizza mizza

“Ermənistan rəsmilərinin açıqlamalarını izləmək kifayətdir ki, bunu başa düşəsən. Əvvəl konstitusiyanın dəyişdirilməsi məsələsində həvəsli görünürdülər, amma artıq tamam fərqli ritorika ortaya qoyurlar. Onlar hətta Azərbaycanda, məhkəmə qarşısında öz hərbi cinayətlərinə görə veriləcək hökmü gözləyən şəxslərə “hərbi əsirlər” deyirlər.

Bu, tamamilə fərqli bir mövqeydir və onu nəzərə alaraq, başa düşməliyik ki, Ermənistanın və şəxsən Nikol Paşinyanın taktikası sadəcə vaxtı uzatmaqdır. Azərbaycan olaraq, bu cür bəyanatları diqqətlə izləməli və cavab verməyə hazır olmalıyıq”.

Politoloq vurğulayıb ki, Azərbaycan istənilən halda, TRIPP layihəsi ilə bağlı hansısa qərara veto qoya bilər:

“İrəvanda düşünürlər ki, TRIPP layihəsi ilə bağlı İrəvan və Vaşinqton arasında əldə olunacaq hər hansı sövdələşməyə Azərbaycan razılıq verəcək. Vəziyyət fərqlidir. Azərbaycan doğrudan da bu danışıqlarda iştirak etmir. Amma onun şərtləri hamıya bəllidir: təhlükəsizlik və maneəsiz keçid.

Bu, bir növ Azərbaycanın veto hüququna malik olmasını göstərir”.

T. Zülfüqarov qeyd edib ki, erməni rəsmilərin son bəyanatları təhlükəlidir:

“Rusiya XİN müavini Mixail Qaluzinin sülh müqaviləsinin imzalanması üçün Kremlin tərəflərə yer verməyə hazır olması barədə bəyanatı isə, bir növ, Rusiyanın məsələdə əsas iştirakçı kimi qaldığını göstərmək cəhdidir. Bakı və İrəvanın buna müsbət cavab verəcəyinə inanmıram”.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in fəaliyyətdə olan sədri Elina Valtonenlə birgə mətbuat konfransında bildirib ki, sülh müqaviləsinin imzalanması şərti olaraq Ermənistan konstitusiyasının dəyişdirilməsi gündəmdə deyil.  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki