Ev almaq, yoxsa kirayədə qalmaq? – Bakıda bahalaşan mənzil bazarı ailələri çətin seçim qarşısında qoyur

Bakıda mənzil qiymətlərinin durmadan artması və ipoteka kreditlərinin uzunmüddətli maliyyə yükünə çevrilməsi fonunda minlərlə ailə çətin seçim qarşısında qalıb. Bəziləri 20-30 il banka borclanaraq öz evinə sahib olmağı üstün tutur, digərləri isə kirayədə yaşayıb topladıqları vəsaiti biznesə, təhsilə və ya başqa investisiyalara yönəltməyin daha sərfəli olduğunu düşünür. Görəsən, indiki iqtisadi şəraitdə hansı seçim daha məntiqlidir?

Referans Media xəbər verir ki ,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, bu suala birmənalı cavab vermək mümkün deyil:

 


“Hər iki seçim mümkündür və vətəndaş öz maliyyə vəziyyətinə, həyat tərzinə uyğun qərar verməlidir. Uzunmüddətli dövrdə mənzil qiymətləri də, faiz dərəcələri də dəyişə bilər. 20-30 il sonrakı iqtisadi vəziyyəti indidən dəqiq proqnozlaşdırmaq qeyri-mümkündür”.
İqtisadçının sözlərinə görə, məsələ yalnız maliyyə hesablamaları ilə məhdudlaşmır.

“Ev sahibi olmaq insanların emosional təhlükəsizlik hissi ilə də bağlıdır.
Vətəndaşlar çalışırlar ki, heç olmasa bir şəxsi evləri olsun. Bu, təkcə investisiya deyil, həm də psixoloji rahatlıq məsələsidir.

Bəzi hallarda kirayədə qalaraq vəsaiti başqa sahələrə yatırmaq daha gəlirli görünə bilər. Lakin uzun illər kirayə ödəmək də müəyyən risklər və qeyri-müəyyənlik yaradır. Buna görə də seçim şəxsin gəlir səviyyəsi, ailə planları və gələcəyə baxışından asılı olaraq dəyişir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki