Fahriye Evcen gündəmə gəldi: Sade doğum günü və yeni saç stili diqqət çəkdi – FOTOLAR

Uzun müddətdir ekranlardan uzaq yaşayan məşhur aktrisa Fahriye Evcen, ailəsi ilə keçirdiyi sadə doğum günü ilə yenidən gündəmə gəlib.

Referans Media xəbər verir ki, sosial mediada paylaşdığı şəkillər qısa zamanda izləyicilərin diqqətini çəkib.

Fahriye Evcen, “Çalıkuşu” serialının çəkilişlərində tanış olduğu həmkarı Burak Özçivit ilə ailə həyatı qurub. Cütlüyün 2019-cu ildə ilk övladları Karan, 2023-cü ildə isə ikinci övladları Kerem dünyaya gəlib.

Son günlər isə ailəsi ilə keçirdiyi doğum günü tədbirindən paylaşdığı sadə və səmimi kadrlar sosial mediada geniş maraq doğurub. Fotolarda aktrisanın yeni saç stili izləyicilər tərəfindən diqqətlə qarşılanıb və qısa zamanda gündəm olub.

Fahriye Evcen həmkarı Burak Özçivit ilə həyatını gözlərdən uzaq yaşamağa davam edir və ailəsinə önəm verən gündəlik həyatını sadə və təbii paylaşım şəklində nümayiş etdirir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki