Azərbaycan Dövlət Reklam Agentliyinin (ADRA) Quba Regional Reklam İdarəsinin rəisi işdən çıxarılıb.
Referans Media xəbər verir ki , ADRA İdarə Heyətinin sədri Fərhad Adıgözəlovun müvafiq əmri ilə Mustafayev Vüsal Oktay oğlu öz ərizəsi ilə vəzifəsindən azad edilib.
Xəbəri ADRA-nın mətbuat xidmətindən məlumatı təsdiqləyiblər.
Qeyd edək ki, Vüsal Mustafayev 2024-cü ildə ADRA-nın Quba Regional Reklam İdarəsinin rəisi vəzifəsinə təyin olunmuşdu./Qaynarinfo
