Filippində bələdiyyə sədrinə raketli hücum

Filippinin Şariff Aquak qəsəbəsində bələdiyyə sədri Akmad Mitra Ampatuan’ın avtomobilinə raketli hücum edildiyi bildirilib.

Referans Media xəbər verir ki, Filippinin Maguindanao del Sur əyalətinə bağlı Şariff Aquak qəsəbəsində bələdiyyə sədri Akmad Mitra Ampatuan’ın avtomobili raketlə atəşə tutulub. Hücum nəticəsində Ampatuan’ın mühafizə dəstəsindən 2 nəfər yaralanıb. Bildirilir ki, təhlükəsizlik qüvvələri qaçan şübhəliləri Datu Unsay bələdiyyəsinə bağlı Barangay Meta bölgəsinədək təqib edib və burada baş verən qarşıdurma zamanı 3 şübhəli zərərsizləşdirilib. Səlahiyyətli qurumlar hücumçuların kimliyi və hücumun motivləri ilə bağlı araşdırmalara başlayıblar.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki