İşğaldan azad olunmuş ərazilərdə yerləşən ümumi təhsil müəssisələrində fəaliyyət göstərən təhsilverənlər sertifikatlaşdırma imtahanında yüksək nəticə göstərib.
Qarabağ Regional Təhsil İdarəsindən verilən məlumata görə, Füzuli şəhəri Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin biologiya müəllimi Əzizova Qəmər Vəfədar qızı sertifikatlaşdırma müsabiqəsində biologiya fənn üzrə 54 bal toplayıb.