Generaldan ŞOK: Fransa və Rusiya arasında müharibə başlaya bilər

  Fransa ordusu yaxın illərdə Rusiya ilə potensial münaqişəyə hazır olmalıdır. Bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabien Mandon deyib.

Mandonun sözlərinə görə, orduya 3-4 ildən sonra münaqişəyə hazır olmaq tapşırılıb.

“Rusiya qitəmizdə müharibəni davam etdirməyə cəhd göstərən bir ölkədir. Moskva Avropanı kollektiv olaraq zəif qəbul edir. Ancaq Avropa Rusiyadan iqtisadi, demoqrafik və sənaye baxımından əhəmiyyətli üstünlüyə malikdir. Özümüzü müdafiə etməyə hazır olsaq, Rusiya bizi qorxuda bilməz”, – general vurğulayıb./Globalinfo.az  


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki